Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2024 14:04
Şimali Koreya hərbi qüvvələrini, o cümlədən xüsusi əməliyyat qüvvələrinin nümayəndələrini Rusiyaya göndərir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "Defence Express"in hərbi eksperti İvan Kiriçevski bildirib.
"Guya onlar Rusiya standartlarına uyğun üç həftəlik yenidən hazırlıq kursu keçirlər ki, bu da rusların onlardan müvafiq hücum piyadası kimi istifadə etməyi planlaşdırdıqlarını göstərir", - ekspert deyib.
Ekspertin fikrincə, hətta Rusiyanın hücum qoşunlarında döyüşən aşağı sosial təbəqələrin nümayəndələri də Ukrayna Müdafiə Qüvvələri üçün ciddi problemlər yaradır:
"Şimali Koreyaya gəldikdə, söhbət müəyyən ideoloji səviyyəyə və fanatizmə malik müqaviləli hərbi qulluqçulardan gedir. Diqqət yetirməyə dəyər başqa bir müşahidə odur ki, Sovet İttifaqı dağılandan bəri iki kommunist dövləti təcrid olunmuş vəziyyətdə yaşayır: Şimali Koreya və Kuba. İndi Şimali Koreya bizə çoxlu problemlər yaradır, bəs Kuba? Biz yalnız onu bilirik ki, orada işıq yoxdur, hamısı budur".