Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2024 15:54
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin "Smerç" raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Sonxeber.net xəbər verir ki, paylaşımda bildirilir:
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç" raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100 vətəndaş ağır vəziyyətdə yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikasını Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarlarlıqla bağlı məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir".