Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisidə keçirilən etiraz aksiyası bitdi - Yenilənib - FOTO

Tbilisidə keçirilən etiraz aksiyası bitdi - Yenilənib - FOTO

Tarix: 28 Oktyabr 2024 22:12

22:08

Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.

Aksiyada iştirak edən müxalifət tərəfdarları da meydanı boşaltmağa başlayıblar.

------------
20:54


Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, izdihamda Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları daşıyan insanlar var.

Qeyd edək ki, bu mitinqin təşəbbüskarlarından olan Gürcüstan prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının 53,93 faiz səs qazandığı seçkilərin nəticələrini tanımayıb.


Etiketlər:  Tbilisidə keçirilən etiraz aksiyası bitdi Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ