Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2024 19:35
"1998-ci ildən televiziyadayam. ATV-də veriliş aparanda ən məşhur dövrüm idi. İndi deyirlər, yolun ortasında oturub veriliş aparırdım. Bununla fəxr edirəm. Xalq artistlərini çağırırdım proqrama. Sonra "Günəbaxan" formatını gətirdim. Həmin ərəfədə ən yüksək maaşı - 8 min manat alırdım. Jurnalistika ilə "Günəbaxan" verilişində məşğul olmağa başladım. Həmin proqramı ilk mən aparmışam. Sonra İlqar Mikayıloğlu gözəl şəkildə apardı".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Turan İbrahimov "Künc-bucaq" yutub layihəsində deyib. O, İlqar Mikayıloğlunun "Günəbaxan" proqramını illər sonra "Günə bax" adı ilə yenidən efirə gətirməsindən danışıb:
"Mən yaradıcılığımda mərhələ-mərhələ gəlmişəm. İndiki sosial, toy verilişləri "Günəbaxan"dan çıxıb. İndi hər mövzumuza bir veriliş edirlər. ANS-in bir standartı var idi, pozulmurdu".
Turan aparıcının "İndi həminki reytinq ola bilər" sualına "Günəbaxanın" bir nostaljisi var. ARB yoxlayır ki, tutacaq, ya yox. Əvvəlki kimi tutmağı mümkün deyil. Bəzi kadrları görmüşəm, o deyil. Həmin vaxt hər gün bir mövzu var idi. İndi gördüyüm həmin "Günəbaxan" deyil" cavabını verib.