Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yusif ''Olimpiakos''da meydana çıxmağa peşman oldu - mövsüm onun üçün BİTDİ

Yusif ''Olimpiakos''da meydana çıxmağa peşman oldu - mövsüm onun üçün BİTDİ

Tarix: 28 Oktyabr 2024 16:10

Yunanıstanın "Olimpiakos" klubunun türkiyəli futbolçusu Yusuf Yazıcı ilk matçında uğursuzluqla üzləşib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Asteras"la matçın 70-ci dəqiqəsində oyuna daxil olan Yusuf Yazıcı zədə səbəbindən matçı başa vura bilməyib.

Türkiyəli futbolçunun dizində ön çarpaz bağlarının qopduğu öyrənilib. Millinin də üzvü olan futbolçu zədə səbəbindən mövsümü başa vurub.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, Yazıcı bu il sentyabrın 28-də Yunanıstan təmsilçisinə keçib.


Etiketlər:  Yusif Olimpiakosda meydana çıxmağa peşman oldu mövsüm onun üçün BİTDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ