Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan nazirlərlə son vəziyyəti müzakirə edir

Ərdoğan nazirlərlə son vəziyyəti müzakirə edir

Tarix: 28 Oktyabr 2024 19:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

İclasın gündəliyində bir neçə gün öncə TUSAŞ aerokosmik istehsalat müəssisəsinə edilən hücum, PKK-ya qarşı əməliyyatlar, eləcə də Yaxın Şərqdə artan gərginlik var.

Habelə, İran-İsrail və İsrail-Livan arasında artan gərginlik və Türkiyəyə mümkün təsirləri də dəyərləndirilir.

İclasda inflyasiyaya qarşı mübarizə, investisiya, məşğulluq və qiymət sabitliyi kimi məsələlərlə bağlı son vəziyyət də müzakirə olunur.


Etiketlər:  Ərdoğan nazirlərlə vəziyyəti müzakirə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ