Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2024 17:02
ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynadakı münaqişənin həlli planı Minsk razılaşmalarının yenidən nəzərdən keçirilməsi ola bilər və razılaşmaların icrasına nəzarəti Avropa qoşunları daşıyacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" Trampın müşavirlərindən birinə istinadla məlumat yayıb.
"Plan uğursuz Minsk razılaşmalarının yenidən nəzərdən keçirilməsini ifadə edə bilər. Bu dəfə razılaşmaların pozulmasının nəticələri ilə bağlı icra mexanizmləri yaradılacaq. Lakin buna NATO qüvvələri və ya BMT sülhməramlıları deyil, Avropa qoşunları nəzarət etməli olacaq", - nəşr bildirib.
Müşavirin sözlərinə görə, ABŞ öz qoşunlarının bu mexanizmdə iştirak etməməsinə və maliyyələşmənin Avropa tərəfindən aparılmasına çalışacaq.