Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 09:36
Vanqa və Nostradamus 2025-ci ildə Avropada müharibə olacağını proqnozlaşdırıb. Bunu Britaniyanın "Daily Mail" nəşri yazıb.
Nəşr Vanqa və Nostradamusun müxtəlif dövrlərdə yaşamasına baxmayaraq, 2025-ci il üçün oxşar proqnoz verdiyini yazıb. Belə ki, onlar Avropada müharibə olacağını proqnozlaşdırıblar.
Qəzetin yazdığına görə, Nostradamus Avropada genişmiqyaslı müharibə barədə xəbərdarlıq edib və qeyd edib ki, "qədim vəba düşmənlərdən də pis olacaq". Vanqa isə münaqişə səbəbindən qitənin viran olacağını proqnozlaşdırıb.
Diqqətçəkən məqam həm də bu haqda nüfuzlu bir Qərb nəşrinin yazmasıdır.
Xatırladaq ki, 1996-cı ildə vəfat etməsinə baxmayaraq, o dövrdəki açıqlamaları və öncəgörmələri müzakirə mövzusu olan "Balkanların Nostradamusu" ləqəbli bolqarıstanlı Vanqa hələ də gündəmdədir. Davamçıları iddia edirlər ki, o illər ərzində Şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsinə kimi mühüm hadisələri əvvəlcədən görüb.
Proqnozlarında Vanqa 2025-ci ili bütün bəşəriyyətin sonunun başlanğıcı kimi göstərib. 2025-ci ildən etibarən həyatın lap pisləşəcəyini proqnozlaşdıran Vanqa təsəvvür edilə bilməyəcək miqyasda kosmik bir hadisənin baş verəcəyini deyib, həmçinin 2025-ci ildə Avropada qitə əhalisinin böyük ölçüdə azalmasına səbəb olacaq böyük bir münaqişə yaşanacağını iddia edib.
Kahin həmçinin telepatiyanın elmi-fantastika dünyasından çıxaraq reallığa çevrilə biləcəyini deyib. Məşhur ekstrasens elm adamlarının birbaşa ünsiyyət üçün beyin dalğalarından istifadə etmənin bir yolunu kəşf edəcəklərini öngörüb.
Vanqa gələn il Yerdənkənar həyatla əlaqə qurulacağını və bunun ən qəribə şərtlərdə böyük bir idman tədbirinin gedişində baş verəcəyini proqnozlaşdırıb.
Məşhur ekstrasens 2025-ci ildə tibbi bir inqilab yaşanacağını öngörüb. Vanqa bildirib ki, elm adamları laboratoriyalarda insan orqanı istehsal edə biləcəklər. Proqnozun gerçəkləşməsi halında uzun gözləmə siyahıları və ya riskli prosedurlar olmadan orqanların transplantasiyası mümkün olacaq.
Ümumiyyətlə isə Vanqa 5079-cu ilə qədər hər il üçün müxtəlif proqnozlar verib.
Vanqanın öngördüyü digər mühüm tarixlər və hadisələr bunlardır:
2025-ci il - Avropanın daxili münaqişələrlə viran olması;
2028-ci il - insanlar Veneranı enerji mənbəyi kimi kəşf etməyə başlayacaq;
2033-cü il - qütblərdəki buzlaqlar əriyəcək və bu vəziyyət qlobal miqyasda dəniz səviyyələrinin sürətlə yüksəlməsinə səbəb olacaq;
2076-cı il - kommunizm bütün dünyaya yayılacaq;
2130-cu il - insanların yadplanetlilərlə əlaqə qurması gözlənilir;
2170-ci il - dünyanın böyük hissəsində quraqlıq yaşanacaq;
3005-ci il - dünya Marsdan gələn bir sivilizasiya ilə müharibəyə girəcək;
3797 - Yer yaşanmaz hala gələcək və insanlar planeti boşaldacaq;
5079-u il - qiyamət qopacaq.
Vanqanın keçmiş kahinlikləri:
11 sentyabr - Vanqanın ən çox sitat gətirilən proqnozlarından biridir. 1989-cu ildə kahin belə deyib: "Qorxu, qorxu! ABŞ-lı qardaşlar polad quşlar tərəfindən hücuma məruz qaldıqdan sonra yıxılacaqlar. Canavarlar kolluqda ulayacaq və günahsız qan axacaq". "ABŞ-lı qardaşlar" ifadəsinin əkiz qüllələri ifadə etdiyi düşünülür, "polad quşlar" ifadəsinin isə qaçırılmış təyyarələri ifadə etdiyi güman edilir. İnsanlar həmçinin "kolluqlar" sözünün ingiliscə qorxunc istifadəsinə - "bush" diqqət çəkiblər və bir çoxları bunu o zamankı ABŞ prezidenti Corc U.Buşa istinad kimi şərh etdilər.
Vanqa Hindistanın baş naziri İndira Qandinin "tüstü və alov" içində öləcəyini proqnozlaşdırmışdı. Qandi 31 oktyabr 1984-cü ildə qisas məqsədli olduğu düşünülən bir əməliyyat nəticəsində iki mühafizəçisi tərəfindən güllələnərək öldürülüb. Bundan təxminən 15 il əvvəl Vanqa Qandi barədə öncəgörməsini danışıb: "Paltar onu məhv edəcək. Tüstü və alov içində narıncı-sarı bir paltar görürəm." Qandi ölən günü əynində eyni rəngdə sari var idi.
Təbii fəlakətlər:
Vanqa 2022-ci ildə dünyanın dörd bir yanındakı böyük şəhərlərin quraqlıq və su qıtlığı ilə üzləşəcəyini proqnozlaşdırmışdı. Həqiqətən də həmin il Birləşmiş Krallıq 1935-ci ildən bəri ən quraq iyul ayını yaşadı və 12 avqustda hökumət rəsmiləri tərəfindən quraqlıq elan edildi.
Fransa, İtaliya və Portuqaliyanın da daxil olduğu digər Avropa ölkələri də rekord quraqlıq və meşə yanğınları ilə üzləşdi. Başqa bir yerdə, Avstraliya və Asiyanı şiddətli daşqınların vuracağını söyləmişdi və 2022-ci ilin iyulunda Sidneyə dörd gündə səkkiz aylıq yağış düşdü.
Qeyd edək ki, zaman-zaman mediada belə öncəgörmələr yer alır. Bəs bu proqnozlar nə dərəcədə ciddi və əsaslıdır? Ümumiyyətlə, Vanqa və Nostradamusun özünü doğruldan proqnozları varmı, hansılardır? Siyasi analitiklər belə proqnozlara necə baxır?