Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 13:38
Prezident administrasiyasında alkoqollu içkilərin satışının qadağa edilməsi və ya satış məhdudiyyətinin tətbiqi ilə bağlı müzakirələr aparılmır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, SSRİ dönəmində bununla bağlı müxtəlif təcrübələr olub.
Voloqda qubernatoru Georgiya Filiminovun spirtli içkilərin satışının məhdudlaşdırması qərarını şərh edən Peskov bunun regional hakimiyyət orqanlarının səlahiyyətində olduğunu bildirib.
Qeyd edək ki, Filimonov Voloqda vilayətində spirtli içkilərin həftə içi yalnız iki saat - saat 12:00-dan 14:00-dək satılacağını bildirib. Yeni qaydaların 2025-ci il martın 1-dən qüvvəyə minəcəyi gözlənilir.