Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 13:25
Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı təbaşir yediyi görüntüləri izləyiciləri ilə bölüşüb.
"Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm. Görəndə həmin insanları az qala lağa qoyurdum. Amma, doğrudan da, bəzən orqanizmi dinləyəndə aptekdəki dərmanı yox, məhz bunu tapıb qəbul etmək məcburiyyətindəsən. Sizcə, bu, nədir? Siz indiyədək "əndirəbadi" nə yemisiniz?" deyə, o, paylaşımında yazıb.
Aytənin görüntüləri müzakirə yaradıb.