Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 15:00
Aktrisa Sevinc Əliyeva qadın həmkarları arasındakı dostluq münasibətlərindən danışıb.
Sonxeber.net xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" verilişində açıqlama verib.
O bildirib ki, paxıllıq yoxdursa, aktrisalar arasında dostluq olur:
"Paxıllıq yoxdursa, aktrisalar arasında dostluq etmək asandır. Bəlkə də inanmazsınız, məndə paxıllıq hissi olmayıb. Bir aktrisa kimi o şəraitlər mənim üçün yaradılıb, tanınmışlığın arxasınca qaçmamışam ki, hər yerdə mən olum, sosial mediada bu qədər izləyicim olsun və sairə. Hətta verilişlərə də seçib getmişəm ki, çox olmasın. Bir insanın bir işi olanda sevinirəm. Deyirəm, nə yaxşı... İndi də ofis var, deyirəm, uşaqlar nə lazımdırsa, köməklik edim və sairə. Düşünürəm ki, o onun işidir, bu da mənim. Mənim də işimə sevinənlər var. Sevinməmək məsələsi deyil. Sadəcə deyirlər ki, niyə bunu Sevinc etdi, o bacardı? Yenə də qadın faktorudur, ondan irəli gəlir. Məsələn, Zümrüd Qasımova 18 ildir mənim rəfiqəmdir. Hansısa filmimin təqdimatı olanda sona kimi yanımda olur, qaladakı paltar seçiminə qədər belə kömək edib. Həmişə elə sevinib ki. Görürəm, sanki öz təqdimatı kimi yanaşır. Elə rəfiqəm də var idi ki, mənim təqdimatımda qonaq kimi gəlib, şəkil çəkdirib "qaçdım, sağ ol, acından ölürəm" deyib gedib. Fikirləşirəm ki, axı mən onunla yaxınam, niyə belə edir? Sonra paylaşımına baxıram, yazıb ki, təbrik edirəm, uğurlu olsun, filankəsov filankəs, filankəslər və Sevinc Əliyeva. Baxdım, dedim çox sağ ol. Həmin rəfiqəm mənimlə daha tez-tez görüşür, daha yaxınıq. Amma Zümrüddə belə bir şey yoxdur. Bu peşəyə bağlı deyil. İstəyirsən həkim ol, müəllim ol fərq etmir. Oğlanlarla dostluğa gəlincə... Mən məktəbdə oğlanlarla daha çox dostluq edirdim, sonra universitetdə də belə oldu. Onlara daha çox güvənirdim. Anam da həmişə deyirdi ki, rəfiqə yıxan evi, heç kim yıxmaz. Bu da beynimdə qalmışdı. İndi qızıma o sözü demirəm".