Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 21:10
Əməkdar artist Lalə Məmmədova bir neçə gündür anonsunu etdiyi layihəsini sevənlərinin ixtiyarına verib.
Sonxeber.net xəbər verir ki, müğənni "Konum at" klipi üçün fərqli tərzdə obyektiv qarşısına keçib. Bunun üçün Məmmədova Türkiyədən Bakıya yaradıcı heyət gətirib. Ekran işinin rejissoru Kemal Yıldız, operatoru Can Doludur.
Fərqli janrda olan mahnının müəllifi Temmidir (Təmraz Hüseynov).
Dünəndən etibarən, sosial şəbəkələrdə izləyicilər arasında çaxnaşma yaranıb. Belə ki, izləyicilər, əməkdar artist Lalə Məmmədovanın dünən ictimaiyyətə təqdim etdiyi "Konum at" mahnısının müğənni Səidə Sultanın "Menecerime Yığ" mahnısına bənzədiblər.
Müğənninin stili üzərində Elnur Həsənov çalışıb. Klipin ideya müəllifi və baş prodüseri Elnur, prodüseri Samirə Xasməmmədovadır.