Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 21:46
21:45
Antalya şəhərində hava limanının tualetində yenidoğulmuş qızını tərk edən rusiyalı qadın Türkiyədə mühakimə olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti" vəkil Ayşegül Kübra Polata istinadən məlumat verib.
"Hadisə burada baş verdiyi üçün məhkəmə Türkiyə qanunvericiliyinə əsasən, ölkəmizdə keçiriləcək, bundan sonra nə olacağı məlum deyil", - deyə hüquqşünas bildirib.
Xatırladaq ki, 18 yaşlı rusiyalı qadın oktyabrın 13-də Antalya hava limanının əlillər üçün tualetdə uşaq dünyaya gətirib və onu unitaza atıb. Qız uşağını xadimələr tapıblar. Körpənin 10 dəqiqədən çox tək qaldığı müəyyən edilib. Sonradan ana artıq çəkisi səbəbindən hamiləliyindən xəbəri olmadığını iddia edib. Onun barəsində cinayət işi açılıb.
Yeni doğulmuş körpə Türkiyədə xəstəxanaya yerləşdirilib və ona Rusiya vətəndaşlığı rəsmiləşdirilib. Yaxın zamanda qız uşağının Rusiyaya köçürüləcəyi gözlənilir.
-------------
2024.10.16
Bir neçə gündür Türkiyə və Rusiyada Antalya hava limanında dünyaya gətirdiyi körpəsini unitaza atan rusiyalı qadın gündəmə gəlib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, 28 yaşlı Yekaterina Burnaskina körpəsini oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.
Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib. Nəticədə aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını saxlayıb.
Bu gün məhkəmə qarşısına çıxarılan Y.Burnaskina etdiyi hərəkətə aydınlıq gətirib. O bildirib ki, uşağı dünyaya gətirdikdən sonra Türkiyədən getməyə cəhd göstərib.
Onun sözlərinə görə, artıqçəkili olduğundan hamilə olmasından xəbərsiz olub. Körpəni Türkiyədə qoyaraq getməyi isə ona anası təklif edib.
Yekaterinanın anası da məhkəmə qarşısına çıxarılacaq.