Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə təsirləri

İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə təsirləri

Tarix: 4 Noyabr 2024 16:27

"İqlim dəyişiklyi qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsinə, ekstremal hava hadisələrinə, bioloji müxtəlifliyin azalmasına, qida təhlükəsizliyinin pozulmasına, su ehtiyatlarının azalmasına, köç və məcburi yer dəyişməyə səbəb olur".

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu sözləri pulmonoloq Günay Əliyeva deyib. 

Onun sözlərinə görə, bu dəyişiklik dünyamıza, atmosferə, həm də bütün canlılara təsir edir: 
"Lakin iqlim dəyişikliyi bütün dünyada bərabər şəkildə deyildir, hər bir orqanizmdə eyni dərəcədə təsiri olmur.

Aromatik ədviyyatlarla qeyri-adi balqabaq tortu resepti
Yüksək keyfiyyətli zeytun yağını saxtadan necə ayırd etmək olar: faydalı MƏSLƏHƏTLƏR
Toyuq ilə pendir şorbası: dadlı və tez

Havanın temperaturunun yüksəlməsi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hətta zaman-zaman bəzi epidemiyalar iqlim dəyişikliyi ilə əlaqələndirilib. Məsələn, 1977-ci ildə Kaliforniyada küləklə yayılan koksidioidomikoz, 1999-2000-ci illərdə Panamada hantavirus, 2010-2012-ci illərdə Türkiyədə tulyaremiya, 2011-ci ildə Yaponiyada sunamidən sağ qalanlarda müşahidə edilən aspergilloz epidemiyası".

Həkim bildirib ki, iqlim dəyişikliyinin ağciyər sağlamlığı üzərindəki təsiri partikullar və ozonla əlaqəlidir: 
"Bir çox tədqiqatlar ozonun təngnəfəslik, xırıltı və öskürək, aşağı tənəffüs yollarının infeksiyaları, ağciyər funksiyasında kəskin və keçici azalmalar, tənəffüs yollarının həssaslığının artması, zədələnməsi və iltihabı, sistem oksidləşdirici stres kimi tənəffüs simptomlarına təsirini göstərib. Beləliklə də, bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin simptomları müşahidə olunur".


Etiketlər:  İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə təsirləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ