Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 17:20
Hitmaker Murad Arif "Hərşeyşünas" layihəsində Natavan Həbibiylə qalmaqalından danışıb.
Sonxeber.net-ın məlumatına görə, sənətçi bildirib ki, Murad Arifə məxsus "Damlalar" mahnısı reklamda bəstəkarından icazə alınmayaraq istifadə olunmuşdu.
Daha sonra bu məsələ şirkətlə danışılaraq həllini tapıb:
"Mahnımı reklamda eşidəndə şok oldum. Mənə bu haqda məlumat verilməmişdi. Reklam çəkildikdən sonra, artıq Natavanla danışmaq gec idi sandım. Heç kimdən incikliyim yoxdur. Deyildiyi kimi məsələ məhkəməyə getmədi. Çünki, anlaşılmazlıq həllini tapdı və müəllif qonorarımı artıqlamasıyla aldım. Natavanı harada görsəm, görüşəcəm. Mahnılarımı oxuyan hər həmkarım mənim üçün dəyərlidir. Amma, onlar da gərək müəllif haqlarına hörmət etməyi unutmasınlar".