Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2024 22:04
"Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramov ötən gecə Norveçin "Bodø/Glimt" komandasına vurduğu qolla adından söz etdirib. Belə ki, Toralın cərimə meydançasından kənarda vurduğu dəqiq zərbə UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu olub.
Hazırda dünya futbolsevərlərinin diqqət mərkəzində olan gənc futbolçumuz haqqında bəzi maraqlı məlumatları təqdim edirik:
"Qarabağ" Futbol Klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov 23 fevral 2001-ci ildə Lənkəranda anadan olub.
O, 2018-2019-cu futbol mövsümündə Azərbaycan U19, 2019-2021-ci illərdə Azərbaycan U21 millilərinin şərəfini qoruyub. Toral 2021-ci ildən bəri Azərbaycan milli futbol komandasında çıxış edir. O, millidə ümumilikdə 27 oyun keçirib, 4 qol vurub. Məşhur "Transfermarkt" portalına görə oyunçunun transfer dəyəri 1 milyon avrodur.
Toral Bayramov 2020-ci ildə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində Fransa millisinə vurduğu qolla da gündəmə gəlmişdi. Hesabda 0-2 top fərqi ilə geri düşdüyümüz matçın 90-cı dəqiqəsində Toral cərimə zərbəsindən fərqlənərək fransızları məyus etməyi bacarmışdı.
Qeyd edək ki, Toral Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir. (baku.ws)
-------
08:30
"Qarabağ" klubunun futbolçusu Toral Bayramovun Norveçin "Budo Qlimt" kollektivinin qapısından keçirdiyi qol turun "ən gözəl qolu" adına namizəddir.
Sonxeber.net baku.ws-ə xəbər verir ki, UEFA-nın rəsmi saytı Toralın qolunu Avropa Liqasının son turunda vurulan digər üç qolla birlikdə səsverməyə çıxarıb.
Belə ki, azarkeşlərə ümumilikdə dörd seçim təqdim edilir. Toral Bayramovun qolu, "Qalatasaray"ın futbolçusu Yunus Akgünün "Tottenhem"in qapısından keçirdiyi qol, "Ayntraxt"ın üzvü Omar Marmouşun "Slaviya"nın qapısına vurduğu qol və Bolqarıstanın "Ludoqorets" komandasının üzvü Erik Markusun İspaniyanın "Atletik" klubunun qapısından keçirdiyi qol.
Azarkeşlər bu qollardan birini seçərək "turun ən gözəl qolu"nu müəyyənləşdirə bilərlər.
-------
00:33
Xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveç təmsilçisi "Bodo Qlimt" üzərində 2:1 hesablı qələbə qazanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün 21-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Toral Bayramov fantastik qola imza atıb.
Bu qolun sözügedən yarışda həftənin qolu olacağı ehtimal edilir.
Həmin qolun videosunu təqim edirik: