Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2024 09:36
İlon Mask Rusiya ilə təmasları barədə iddialar irəli sürənləri tapıb məhv edəcəyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı sosial şəbəkədə yazıb.
"Mən bu ittihamları kimin etdiyini öyrənəcəyəm və onları məhv edəcəyəm", - deyə o "X" sosial şəbəkəsində yazıb.
Bu yolla milyarder ABŞ federal hakimiyyət orqanlarından onun Moskva ilə təmasları barədə araşdırma aparmağı xahiş edən amerikalı demokrat senatorlara cavab verib.
Qeyd edək ki, "The Wall Street Journal" qəzeti oktyabrın sonunda Maskın Rusiya tərəfi ilə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə mütəmadi əlaqə saxladığını açıqlamışdı.