Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2024 21:45
"Türkiyə olaraq tək qalsaq da məzlumların yanında olmağa davam edəcəyik. Biz İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitinə getmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik."
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.
"Bakıya başqa yollarla gedə bilərlər. Amma biz onun Türkiyədən keçməsinə icazə vermədik."
"Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik". deyə sonda əlavə edib.