Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2024 20:10
"Bakıda olanda sürücülük vəsiqəmi dəyişməli idim. Getdim, ASAN xidmətdə 5 dəqiqəyə dəyişdim. Heç bir əlavə şey istəmədilər. Amerikada isə tamamilə əksi. Nyu-Yorkda bir az bu məsələ yaxşıdır. Hər şey tez baş verə bilir. Amma Mayamidə isə siz bilsəniz bir sənəd almaq nə qədər çətindir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Amerikaya köçən aparıcı Günel Hümbətova deyib.
Video paylaşan aparıcı Amerikada sürücülük vəsiqəsi ala bilmədiyini deyib.
O bildirib ki, vəsiqəni almaq üçün aylarla növbə gözləməlidir:
"Təsəvvür edin 3 aydan çoxdur buradayam, hələ də sürücülük vəsiqəm yoxdur. Azərbaycan sürücülük vəsiqəsi ilə ancaq maşın kirayə götürürəm. Maşın ala bilmirəm. Yer isə ancaq yanvardadır. 8 il əvvəl almışdım, indi dəyişməliyəm. "Full driver license" almaq üçün yanvarı gözləməliyəm. Hər şeyi etmişəm, girib kartı götürməliyəm. Deyirlər ki, ya yanvarı gözlə, ya da gecə saat 2-də gəl növbəyə dayan. Bilmirəm, burada ya çox insan var, qrumlar hazır deyil belə xidmət göstərməyə, ya da hər zaman belə olub. Bu qədər pulum gedir maşın kirayəsinə".