Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2024 00:22
Ukrayna lideri Vladimir Zelenski Rusiya qüvvələrinin Dnepropetrovskdakı "Yujmaş" zavodunu vurduğu orta mənzilli "Oreşnik" ballistik raketi ilə bağlı açıqlama verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə noyabrın 24-də axşam çıxışında danışıb.
Zelenskinin sözlərinə görə, hazırda raket qalıqları yoxlanılır.
O, həmçinin bəyan edib ki, dünyada belə raketlərdən qorunmaq iqtidarında olan hava hücumundan müdafiə sistemləri mövcuddur:
"Bu raketin bütün detallarını və bütün xüsusiyyətlərini müəyyən etmək üçün ekspertiza və tərəfdaşlarla iş hazırda davam edir".