Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti artdı

Azərbaycan neftinin qiyməti artdı

Tarix: 30 Noyabr 2024 12:24

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,71 % artaraq 75,37 ABŞ dolları təşkil edib.

Sonxeber.net xəbər verir ki, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 74,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Etiketlər:  Azərbaycan neftinin qiyməti artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ