Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2024 23:40
Ermənistanın paytaxtı İrəvanda nəqliyyat iflic olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, özəl marşrutlar işləyir, sürücülər bu gün tətilə başlayıblar. Çoxlu sayda sərnişin birtəhər evlərinə qayıtmağa çalışıb.
Hazırda taksi xidmətlərinin qiymətləri də yüksəkdir, bəzi vətəndaşların ondan istifadə etmək imkanı yoxdur.
Avtobus sürücüləri səhər saatlarından marşrutdan çıxmadan aksiya keçiriblər. Onlar əmək haqqının artırılmasını tələb edirlər. Artıq 40 sürücü işdən çıxarılıb.