Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2024 23:42
Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.
Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım idi.