Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 16:20
İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bu gün İranın Azərbaycandakı sabiq səfiri Seyid Abbas Musəvi İran Prezident Administrasiyasının rəhbərinin protokol və rəsmi tədbirlər üzrə müavini vəzifəsinə təyin olunub.
Bildirilir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Möhsün Hacımirzayi qərar verib.