Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 20:10
"Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər".
Sonxeber.net TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
O, bununla belə, Bəşər Əsədə sığınacağın artıq verilməsi faktını şərh etməyib: "Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm".
Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsinin Rusiyada olması barədə məlumat yayılıb. Bu gün isə Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.