Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin korneri!

İlin korneri!

Tarix: 8 May 2019 13:06

“Liverpul” – “Barselona” oyununun 79-cu dəqiqəsində künc zərbəsindən vurulan qol da Avropa mediasının müzakirə mövzusudur.

Qol.az xəbər verir ki, həlledici 4-cü qoldan bir-iki saniyə əvvəl meydan sahiblərinin müdafiəçisi Trent Aleksander-Arnold günc zərbəsini yerinə yetirmək istəsə də, sonradan topdan kənarlaşıb. O, zərbəni yetirməyi Cerdan Şakiriyə həvalə etmək istəyib.




Bu zaman “Barselona”lı futbolçular korneri Şakirinin yerinə yetirəcəyinə kökləniblər. Amma Trent Aleksander-Arnold bunu hiss etdiyi üçün dərhal geri qayıdıb və zərbəni özü yerinə yetirərək topu boş zonada olan Divok Oriqiyə ötürüb. 



Sonuncu bu fürsəti əldən verməyib və “Liverpul”un qələbə qolunu vurub.

Bu zaman “Barselona”lı futbolçulardan biri hakimə etiraz etmək istəyib. Amma qolun qaydalar çərçivəsində vurulduğuna qətiyyən şübhə ola bilməz.

Ötürməni edən Trent matçdan sonra deyib ki, bu, sadəcə olaraq, improvizasiya idi. “Hesab edirəm ki, hər şey instinktiv baş verdi. Bu o məqamlardan biri idi ki, sən sadəcə qarşında bir şans olduğunu görürsən və ondan istifadə edirsən”.

Qolun videosu

 


Etiketlər:  İlin korneri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ