Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda 19 min ağac əkiləcək - İcra başçısının müavini

Qaxda 19 min ağac əkiləcək - İcra başçısının müavini

Tarix: 5 Dekabr 2019 15:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Qaxda 19 min ağac əkiləcək.

Bunu Trend-ə Qax Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Elbrus Tağıyev deyib.

E.Tağıyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində rayonun 17 nümayəndəliyinin hamısının ərazisində ağac əkiləcək. Ağacların əkiləcəyi yerlər rayonun təxminən 28 hektar ərazisini əhatə edəcək.

RİH başçısının müavini qeyd edib ki, bitiş səviyyəsinin yüksək olması üçün rayonun iqliminə xarakterik ağaclar əkiləcək.

E.Tağıyev artıq ağacəkməyə hazırlıq üçün ərazilərin hamarlaşdırıldığını, əkin üçün lazım olan quyuların təqribən 80 faizinin qazıldığını söyləyib.

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qaxda ağac əkiləcək İcra başçısının müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ