Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' daha bir ciddi İTKİ - ''Elfsborq''la oyunu buraxacaq

''Qarabağ'' daha bir ciddi İTKİ - ''Elfsborq''la oyunu buraxacaq

Tarix: 11 Dekabr 2024 09:52

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.

Bu barədə Sonxeber.net-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Etiketlər:  Qarabağ daha ciddi İTKİ Elfsborqla oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ