Tarix: 5 Dekabr 2019 17:00
“Napoli”nin baş məşqçisi Karlo Ançelotti gələn həftə istefaya göndərilə bilər.
Qol.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyini narahat edir.
Son 8 oyunda qalib gələ bilməyən Neapol təmsilçisinin gələn həftə “Udineze”ni uda bilməyəcəyi və “Genk”lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə Ançelottinin komandadan göndəriləcəyi bildirilib.
50 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə də münasibəti yaxşı deyil.
Qeyd edək ki, italiyalı mütəxəssis 2018-ci ildən “Napoli”ni çalışdırır. Onun komandası hazıra A Seriyasında 20 xalla 7-ci pillədədir.