Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 17:24
"Real"ın zədəli futbolçusu Eden Hazardın durumuna aydınlıq gəlib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.
Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, "Barselona" ilə "El Klassiko"nu buraxacaq.
"Barselona" - "Real" matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.
Qeyd edək ki, "Real"ın bu yay "Çelsi"də 100 milyon avroya transfer etdiy futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.