Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 14:02
Tokioda "Barselona" və İspaniya millisinin keçmiş ulduzu Andres İnyestanın futboldan gedişi şərəfinə xüsusi "El-Klasiko" qarşılaşması baş tutub.
Sonxeber.net xəbər verir ki, "Barselona" və "Real Madrid"in veteran ulduzları arasında keçirilən oyun gərgin və maraqlı mübarizə ilə yadda qalıb.
Kataloniyalıların heyətində Andres İnyesta, Xavi, Rivaldo, Markez və Maskerano kimi futbol əfsanələri iştirak edib. Kral klubunun sıralarında isə Fiqu, Kasilyas, Roberto Karlos və Makmanaman kimi ulduzlar yer alıb.
45 725 tamaşaçının izlədiyi qarşılaşma "Barselona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun zamanı 31-ci dəqiqədə Saviola hesabı açıb. 78-ci dəqiqədə Balboa "Real Madrid" adına hesabı bərabərləşdirib. Lakin əlavə olunmuş vaxtda, 90+3-cü dəqiqədə Fernando Sanzın avtoqolu "Barselona"ya qələbə qazandırıb.