Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsəd devrilməzdən əvvəl Türkiyədən İrana şikayət edib

Əsəd devrilməzdən əvvəl Türkiyədən İrana şikayət edib

Tarix: 15 Dekabr 2024 16:50

Suriya prezidenti Bəşər Əsəd devrilməsindən bir neçə gün əvvəl Türkiyənin üsyançılara fəal dəstəyindən İrana şikayət edib. 

Sonxeber.net xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Əsədi Tehrandan yardımların davam edəcəyinə əmin edib və mövcud vəziyyəti Türkiyə tərəfi ilə müzakirə edəcəyinə söz verib. 

"Reuters" qeyd edir ki, söhbət dekabrın 1-də - üsyançıların hücumunun beşinci günündə baş tutub, bu vaxta qədər üsyançılar artıq İdlib və Hələbi ələ keçirməyə nail olmuşdular, Suriya ordusu hücuma keçməyi planlaşdırırdı.

Məqalədə iddia olunur ki, Əraqçi Suriya lideri ilə söhbətindən sonra türkiyəli həmkarı Hakan Fidana üsyançılara dəstək verməsindən dərin narahatlığını ifadə edib, həmçinin Türkiyənin İsrail və ABŞ-ın planlarını dəstəkləməsindən narazılığını bildirib. Ankara buna cavab olaraq Əsədi Suriyadakı münaqişəni diplomatik yolla həll etmək istəməməkdə ittiham edib.


Etiketlər:  Əsəd devrilməzdən əvvəl Türkiyədən İrana şikayət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ