Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Salah vingerdən eqoist hücumçuya çevrildi"

Tarix: 5 Dekabr 2019 19:16

"Liverpul"un sabiq futbolçusu Piter Krauç Məhəmməd Salah haqda açıqlama verib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 27 yaşlı hücumçunun ehtiyatda qalmasının heç də yaxşı olmadığını deyib: " Düşünürəm ki, Salah ehtiyat oyunçular skamyasında əyləşəndən sonra qəzəblənəcək. O, bu komandanın bir hissəsi olmaq istəyir. Salahın necə oyunçu olduğunu bilirik. Bir vingerdən eqoist hücumçuya çevrildi".

Qeyd edək ki, M.Salah "Everton"la son matçda ehtiyatda qalıb.

 


Etiketlər:  Salah vingerdən eqoist hücumçuya çevrildi


RƏYLƏR