Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2024 00:26
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabında paylaşılıb.
"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olun!" deyə, paylaşımda deyilir.