Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2024 07:16
Türkiyənin Van bölgəsində şaxtalı soyuqda yaşamağa davam edən, yazın müjdəçisi kimi tanınan iki leylək bu il ərazidən köç etməyib.
Sonxeber.net xəbər verir ki, havaların istiləşməsi ilə Türkiyənin ən soyuq vilayətlərindən biri olan Vana gələn leyləklər hər il olduğu kimi bu qışda da isti yerlərə köç edib.
Lakin Vanın İpekyolu rayonunda iki leylək köç etməyib yuvalarında qalıb.
Qarın yağmasına və şaxtalı soyuğa baxmayaraq rayonda qalan leyləklər təbiətdən qidalanır.
Van qalasının cənubunda məskunlaşan leyləklər, qağayılarla birlikdə vətəndaşların atdığı yemək və meyvələri yeyərək həyatda qalmaq üçün mübarizə aparır. /big.az