Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 12:16
Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əkilən ağac tingləri ETSN-nin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin