Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2025 10:46
İranın cənub şərqində yerləşən Kirman əyalətində zəlzələ baş verib.
Sonxeber.net xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rixter şkalası üzrə 4.5 bal gücündə zəlzələ səhər saat 7:24 radələrində qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.