Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''ı tərk etdi, Türkiyəyə gələ bilər

''Milan''ı tərk etdi, Türkiyəyə gələ bilər

Tarix: 7 Yanvar 2025 00:22

Ötən həftə İtaliyanın "Milan" klubundan ayrılan Paulu Fonseka karyerasını Türkiyədə davam etdirə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis ötən ay baş məşqçi Covanni van Bronkhorstu qeyri-sabit nəticələrə görə istefaya göndərən "Beşiktaş"ın maraq dairəsinə düşüb. İddiaya görə, klub rəhbərliyi müvəqqəti çalışdırıcı Sərdar Topraktəpənin fəaliyyətindən narazıdır. Hazırda "qartallar" Türkiyə Superliqasında 27 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, P.Fonseka Milan təmsilçisi ilə yanaşı, ölkəsinin "Braqa" və "Portu", İtaliyanın "Roma", Fransanın "Lill" komandalarında çalışıb.


Etiketlər:  Milanı tərk etdi Türkiyəyə gələ bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ