Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2025 00:50
"Bu dünyadan incimişdi. Əziyyət çəkirdi. Nə qədər göz yaşı tökdü. Onun ana olduğu vaxtlar mənim yadımdadır. O nələr çəkdi! Bir adam onun dərdini eşitmədi, görmədi. Heç kimdən də əl açıb kömək istəmədi. Ona sadəcə pul yox mənəvi dəstək də edilmədi".
Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Aygün Bəylərdən danışarkən deyib.
O, Aygünün qızı Cananı dünyaya gətirməsindən danışıb.
Sənətçi xanəndənin qızını özündən sonra bir nişanə qoymaq üçün dünyaya gətirdiyini vurğulayıb:
"O övladını özü üçün dünyaya gətirdi. Bir dəfə biz onunla Gəncəyə gedirdik. Üzü, əli-ayağı şiş vəziyyətdə idi. Dedim Aygün belə olmaz axı! Sən bu uşağı dünyaya gətirəndə çətin olacaq. Mən genekoloqam bilirəm. Dedi ki Flora xanım övlad istəyirəm. Ölsəm də övladım olsun. Məndən nişan, bir can qalsın. Mənim mahnılarım onun varlığında yaşasın". (baku.ws)