Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 09:04
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqnitudalı zəlzələ olub.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 13.3 km dərinlikdə yerləşib. Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla saat 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.
Dağıntı və insan itkisi barədə məlumat hələ verilməyib.