Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 08:09
Tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
Sonxeber.net bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor 5 gündür ki, xəstəxanada müalicə olunduğunu bildirib:
"Səhhətimdə ciddi problemlər var idi. Neçə illərdir xəstəliklər ilə mübarizə aparıram. Yeni ildən sonra səhhətimdəki problemlər daha da kəskinləşdi. Məcbur olub xəstəxanaya yerləşməli oldum. Bütün gün dava-dərmanlar, sistemlər olunur. Böyrəyim, ürəyimdə ciddi problemlər var. Xəstəxanada da qala bilmirəm, ürəyim partlayır, amma məcburam. Hələ bir neçə gün də burada qalmalıyam".