Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2025 21:56
Yanvarın 19-dan etibarən Çinin Tiktok videohostinqinin ABŞ-da fəaliyyəti tamamən dayandırılacaq.
Milli.az "Reuters"ə istinadən xəbər verir ki, həmin tarixdə federal qadağa qüvvəyə minəcək.
Bildirilib ki, TikTok-u endirmiş istifadəçilər nəzəri olaraq hələ də tətbiqdən istifadə edə biləcəklər. Konqres tərəfindən qəbul edilən qanun yalnız "Apple" və "Google" tətbiq mağazalarından Tiktokun endirilməsini qadağan edəcək.
Lakin artıq quraşdırılmış smartfonlarda ən azı bir müddət normal işləməsinə imkan verəcək.