Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda öldürülən hakimlərin kimliyi AÇIQLANDI - YENİLƏNİB

İranda öldürülən hakimlərin kimliyi AÇIQLANDI - YENİLƏNİB

Tarix: 18 Yanvar 2025 15:28

Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakimlərinin kimliyi açıqlanıb.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, silahlı hücum nəticəsində Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəyseə və Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini hadisə yerində ölüb, Miri soyadlı hakim və onun mühafizəçisi isə ağır yaralanıb.

İran Ali Məhkəməsinə yaxın media qurumları hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu yazıb.

Güllələnən hər üç hakim "terror", "casusluq" və "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə saxlanılan məhkumları mühakimə ediblər.

Qeyd edək ki, hakimlərin güllələyən şəxsin hadisə yerində intihar etdiyi bildirilib. /axar.az

-------

12:51

Tehran Ədliyyə Sarayının qarşısında atışma olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Tehranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib, onlardan ikisi öldürülüb.

Hakimlərdən biri isə yaralanıb.

Məlumata görə, hücum edən şəxs sonra intihar edib. /APA 


Etiketlər:  İranda öldürülən hakimlərin kimliyi AÇIQLANDI YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ