Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə Qəzzada ömür uzunluğunu 46 faiz azaldıb - Yeni araşdırma

Müharibə Qəzzada ömür uzunluğunu 46 faiz azaldıb - Yeni araşdırma

Tarix: 26 Yanvar 2025 10:20

Pensilvaniya Universitetinin amerikalı alimləri Fələstin və İordaniyadan olan həmkarları ilə birlikdə 2023-cü ilin oktyabrında İsrail ordusunun Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlara başlamasından sonra Qəzza zolağında gözlənilən ömür uzunluğunun təxminən yarıya qədər azaldığını müəyyən ediblər.

Sonxeber.net xəbər verir ki, araşdırma "The Lancet" elmi jurnalında dərc olunub.

Hesablamalara görə, hərbi əməliyyatdan əvvəl Qəzza sakinlərinin orta ömrü 75,5 il idi. Bu gün bu rəqəm 40,5 ilə və ya 46,3%-ə düşüb.

Orta ömür uzunluğunun azalması kişilər arasında (-51,6%; müharibədən əvvəlki 73,6 ildən 35,6 yaşa qədər) qadınlarla müqayisədə (-38,6%; müharibədən əvvəlki 77,4 ildən 47,5 yaşa qədər) yüksək olub.

Hesabatın müəllifləri xəbərdarlıq ediblər ki, gözlənilən ömür uzunluğu 40,5 illik hesablamaya şəxsiyyət məlumatları natamam olan və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) reyestrinə əsasən yoxlanıla bilməyən insanların ölümləri daxildir.

Tədqiqat itkin düşən və ya dağıntılar altında qalan insanları əhatə etmədiyi üçün bu, hələ də az qiymətləndirilə bilər. Bundan əlavə, alimlər vurğulayırlar ki, ssenarilərin heç birində müharibənin dolayı fəsadları, məsələn, səhiyyə xidmətlərinə çıxışın olmaması və qida çatışmazlığı nəzərə alınmır.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağı ilə sərhədə yaxın İsrail yaşayış məntəqələrinə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 822-si mülki şəxs olmaqla, 1200-ə yaxın israilli həlak olub. Daha 251 nəfər girov götürülüb.

Buna cavab olaraq İsrail HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb./qaynarinfo 


Etiketlər:  Müharibə Qəzzada ömür uzunluğunu faiz azaldıb Yeni araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ