Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Təkcə ''Liverpul'' yox, ''Real'' da qazandı'' - Kapello

''Təkcə ''Liverpul'' yox, ''Real'' da qazandı'' -   Kapello

Tarix: 8 May 2019 15:36

“Liverpul”un gücü və əzmi hər zaman yüksək səviyyədə olur. “Barselona”lılar Alisson Bekkerlə üç dəfə qarşılaşdı və Alisson hər birində inanılmaz seyvlər etdi”.

Qol.az xəbər verir ki, bu sözləri məşhur italiyalı məşqçi Fabio Kapello yerli mətbuata açıqlamasında deyib.

Çempionlar Liqasının yarımfinalında “Liverpul”un “Barselona”nı mübarizədən kənarlaşdırmasına münasibət bildirən 73 yaşlı mütəxəssis “Liverpul”un qələbəsinə “Real”ın da sevindiyini bildirib:

“Bu qarşılaşmada təkcə “Liverpul” deyil, həm də “Real” qazandı. Çünki “Real”lılar istəməzdilər ki, Çempionlar Liqasının kubokunu “Barselona” məhz onların şəhərində, Madriddə qazansın”.
 


Etiketlər:  Təkcə Liverpul Real qazandı Kapello


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ