Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 16:45
Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.
Sonxeber.net xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Qeyd edək ki, o, gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılmışdı. /kulis.az