Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2025 17:52
Moskva vilayətinin Voskresensk şəhərində 12 yaşlı qız ard-arda dörd elektron siqaret çəkdikdən sonra ölüb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Məktəblinin meyitini işdən evə qayıdan zaman anası aşkar edib. Qızın yanında 4 ədəd elektron siqaret olub.
Ölümə səbəb olan şey məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Qızın hər hansı xəstəliyinin olmadığı bildirilir.