Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 00:20
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo daha bir tarixi rekorda imza atıb.
Sonxeber.net xəbər verir ki, bu, onun çıxış etdiyi komandanın Səudiyyə Ərəbistanı çempionatının son turunda səfərdə "Əl-Raed"ə 2:1 hesabı ilə qalib gəlməsindən sonra reallaşıb. Bu görüşdə fərqlənərək karyerasındakı 921-ci qolunu vuran Ronaldo eyni zamanda tarixi rekorda nail olub.
"Marca"nın məlumatına görə, əfsanəvi portuqaliyalı futbolçu tarixdə klub səviyyəsində 700 qalibiyyət həddinə çatan ilk futbolçu olub. Fevralın 5-də 40 yaşı tamam olacaq Ronaldo "Sportinq"lə 13, "Mançester Yunayted"lə 214, "Real"la 316, "Yuventus"la 91, "Əl Nəsr"lə 66 oyunda qalib gəlib. (Publika.az)