Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə Azərbaycan himni çalındı - FOTO

Parisdə Azərbaycan himni çalındı - FOTO

Tarix: 2 Fevral 2025 10:28

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.

Sonxeber.net xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.


Etiketlər:  Parisdə Azərbaycan himni çalındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ