Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2025 14:20
Niderland Erediviziyasının 21-ci turunda "Herenven"-"Fortuna" matçında qeyri-adi hadisə baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.
Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan "Fortuna" meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib - 2:2.
Bu epizod "Herenven"in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.